Son yeniləmə: 17 Aprel 2024 16:00
BAYRAQDAR MEDİA – Türkmənistan Dövlət Simfonik Orkestri tanınmış şair Mahtumquli Fraqinin 300 illik yubileyi şərəfinə Parisdə çıxış edəcək.
Bu barədə orient.tm xəbər verib.
Bildirilib ki, qala-konsert aprelin 24-də UNESCO-nun Parisdəki mənzil-qərargahında olacaq: “Səhnədə türkmən klassiklərinin əsərləri səsləndiriləcək, UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Kuştdepdi rəqsi ifa olunacaq. 2024-cü il aprelin 22-dən 26-dək UNESCO-nun Parisdəki mənzil-qərargahında “Mahtumquli Fraqi və Türkmənistanın mədəni irsi” adlı sərgi də açılacaq. Sərgidə şairin əlyazmaları nümayiş etdiriləcək, bu da ziyarətçilərə onun zəngin ədəbi irsini kəşf etməyə imkan verəcək. Qonaqlar Türkmənistanın dekorativ-tətbiqi sənəti ilə də tanış olacaqlar” .