Son yeniləmə: 17 Aprel 2024 16:01
BAYRAQDAR MEDİA – Bolqarıstan Mərkəzi Seçki Komissiyası iyunun 9-na təyin edilmiş Avropa Parlamenti və Xalq Assambleyasına seçkiləri ilə bağlı maarifləndirmə kampaniyasına başlayıb.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “seçkilərin şüarının “Birlikdə seçirik” olduğuna qərar verən Mərkəzi Seçki Komissiyası seçki gününə qalan günləri hesablamaq və səsvermə üçün mühüm müddətlərin iyunun 9-da keçiriləcəyini xatırlatmaq üçün öz internet səhifəsində xüsusi sayğac yerləşdirmək qərarına gəlib”.
Məlumata əsasən, Mərkəzi Seçki Komissiyası Avropa və Bolqarıstan parlamentinə seçkilərdə iştirak etmək istəyən partiya və koalisiyaların qeydiyyatı ilə bağlı sənədlərin qəbuluna başlayıb. Müraciət üçün son tarix 24 apreldir”.