Son yeniləmə: 17 Aprel 2024 09:48
BAYRAQDAR MEDİA – Batken rayonunun ən ucqar kəndi Zərdalıya birzolaqlı yol çəkiləcək.
Bu barədə Qırğızıstanın Prezidenti Sadır Caparov sosial şəbəkədəki səhifəsində məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı müvafiq layihə hazırlanır: “Əhəmiyyətli iş yoxdursa, Zərdalıya niyə getməlisən” deyir batkenlilər. Layihə hazırlanır. Gələn ilin büdcəsinə daxil ediləcək və yazın əvvəlində işlərə başlanacaq. Amma təəssüf ki, bu, bir zolaqlı yol olacaq. Qayalıq ərazi olduğu üçün iki zolaqlı etmək mümkün deyil. Düşmək riski var”.
Vecernıy Bişkeknin məlumatına görə, Preizdent onu da qeyd edib ki, “hərəkətin təhlükəsizliyi məqsədilə birzolaqlı yolun müxtəlif hissələrində qarşıdan gələn nəqliyyatın keçməsi üçün “ciblər” yaradılacaq. Necə deyərlər, heç nə etməməkdənsə, hələlik bir zolaqlı yol çəkmək yaxşıdır. Zərdalıya gedən yol dövlətin təhlükəsizliyi üçün lazımdır”.