Son yeniləmə: 17 Aprel 2024 16:00
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müraciətinə əsasən, sığorta haqlarının vaxtında və tam məbləğdə aidiyyəti fondlara köçürülməsinin təşkili məqsədilə, icbari tibbi sığorta haqları üzrə büdcə rekvizitləri yenilənib.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 17-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumatat verilib.
Bildirilib ki, “yenilənmiş rekvizitlər barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib. İcbari tibbi sığorta haqları üzrə yenilənmiş büdcə rekvizitləri ilə bu linkə keçid etməklə tanış olmaq mümkündür”.