Son yeniləmə: 16 Aprel 2024 15:22
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsinin yeni sədri Bülent Nuri Çavuşoğlunun seçki vədləri arasında yer alan təqaüdçülərə maddi yardım və digər vədləri istiqamətində ilk addım atılıb.
Bu barədə denizli24haber.com məlumat yayıb.
Məlumata görə, Denizli Böyükşəhər Bələdiyyə Məclisində CHP Qrup sədri Osman Bartal tərəfindən təklif irəli sürülüb: “O.Bartal təklif edib ki, hamilə qadınlara və yeni doğulanlara dəstək verilsin və bu dəstəklərin miqdarı məclis tərəfindən müəyyən edilsin. Təklif yekdilliklə qəbul edilib.