BAYRAQDAR MEDİA – Aprelin 15-də Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Beynəlxalq Autizm Maarifləndirmə Aylığı çərçivəsində İctimai birliklərin sağlamlıq imkanları məhdud uşaqların əl işləri və rəsm əsərlərindən ibarət “Müxtəlif imkanlar – bərabər hüquqlar” adlı sərgi-satış yarmarkası keçirilib.
Bu haqda sözügedən Universitetin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “sərgi BSU-da “House of Dreams” cəmiyyətə inteqrasiya mərkəzi, “Birgə və Sağlam” İctimai Birliyi, “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib”.