Son yeniləmə: 15 Aprel 2024 15:35
BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. Nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti 16-18 aprel tarixlərində Əbu-Dabi şəhərində keçiriləcək Dayanıqlılıq Həftəsi çərçivəsində Yaşıl Hidrogen Sammitində və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 14-cü sessiyasında iştirak edəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprein 15-də Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “energetika naziri Yaşıl Hidrogen Sammiti çərçivəsində “Yaşıl Hidrogen İqtisadiyyatlarını Sürətləndirmək üçün Milli Strategiyalar və Siyasətlər” adlı nazirlər panelində məruzəçi qismində iştirak edəcək. Nazirin, həmçinin IRENA Assambleyasının 14-cü sessiyası çərçivəsində IRENA Fəaliyyət Koalisiyasının “100% Bərpa Olunan Enerji Sisteminə doğru Təkanın Yaradılması” mövzusunda keçiriləcək Yüksək Səviyyəli Dövlət-Özəl Dialoqunda və “Bərpa Olunan Enerjinin Üçqat Artırılması” mövzusu üzrə yüksək səviyyəli plenar sessiyada çıxışı nəzərdə tutulur. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır”.