Son yeniləmə: 15 Aprel 2024 11:58
BAYRAQDAR MEDİA – Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) yeni Merkez Yönetim Kurulu (MYK) aprelin 15-də ilk dəfə toplaşacaq.
Bu barədə Türkgün Gazetesi məlumat yayıb.
Bildirilib ki, MHP lideri Devlet Bahçelinin sədrliyi ilə keçiriləcək toplantıda 75-i daimi olmaqla 100 nəfərdən ibarət Merkez Yönetim Kurulu və 9-u daimi olmaqla 14 nəfərdən ibarət Mərkəzi İntizam Şurası toplanacaq.
Həmin qurultayda 11-ci dəfə etimadı təzələyən D.Bahçeli yeni “A Komanda”nı müəyyən edəcək.
15 nəfərlik Başqanlıq Divanı ictimaiyyətə təqdim ediləcək. Divana 12 sədr müavini, 1 baş katib və 2 baş katibin müavini daxildir.
Yeri gəlmişkən, MHP-nin son qurultayında yeni MYK-ya seçilənlər arasında Azərbaycanın, o cümlədən BAYRAQDAR MEDİA-nın yaxın dostu, Burdur Mehmet Akif Ersoy Universitetinin müəllimi Dos. Dr. Esma Özdaşlı da var.