Son yeniləmə: 15 Aprel 2024 14:13
BAYRAQDAR MEDİA – İranın İsrailə hücum cəhdi yanacağın qiymətinə də mənfi təsir edir.
Bu barədə eskisehir.net məlumat yayıb.
Bildirilib ki, “dünya neft bazarında narahatedici proseslər baş verib. İran və İsrail arasındakı gərginlik səbəbindən neftin qiymətində əhəmiyyətli artım gözlənilir. Bu, yanacaqdoldurma məntəqələrində uzun növbələrə səbəb ola bilər”.
Məlumata əsasən, Türkiyənin yanacaq qiymətlərində müəyyənedici faktorun dollar və neft qiymətləri olduğu bilinir: “Son zamanlar dolların məzənnəsinin qalxması və neftin qiymətinin artması ilə yanacağın qiymətində də ciddi artımlar müşahidə olunur. Orta Doğuda Fələstin-İsrail müharibəsindən sonra artan yanacağın qiymətlərinə daha bir zərbə də ola bilər. Dünyanın neft nəhənglərindən biri olan İran İsrailə qarşı müharibə vəziyyətinə düşüb. İranın müharibəyə qarışması ilə neft qiymətlərinin artacağı gözləntiləri bomba kimi gündəmə gəlib”.
Məlumatda deyilir ki, ekspertlər avtomobil yanacağının qiymətlərində artım olacağına dair xəbərdarlıq ediblər.