Press "Enter" to skip to content

Azərbaycanlı rəssamın əsərləri Vaşiqtonda təqdim edilib

Natiq Baxışov (solda) və Rövşən Nur sərginin açılışı zamanı

Son yeniləmə: 15 Aprel 2024 14:14

BAYRAQDAR MEDİA – “ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Ticarət Palatasının ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşən sərgi salonunda Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nurun əsərləri sərgilənmişdir. “Azərbaycan motivləri” adlanan sərgidə rəssamın özündə Azərbaycanın mədəni və tarixi dəyərlərini, eləcədə şərq motivlərini əks etdirən əsərləri təqdim edilmişdir”.

Ticarət Palatasından BAYRAQDAR MEDİA-ya aprelin 15-də verilən məlumatda belə deyilir.

Qeyd edilir ki, aAprel ayının 11-dən 13-ə qədər davam edən sərgiyə iki yüzdən artıq insan baxıb: “Sərginin ilk günündə baş tutmuş açılış tədbirində ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov qonaqları salamlayaraq, rəssam Rövşən Nuru təqdim etmişdir. O, Ticarət Palatasının sərgi salonun artıq Avropada da yaşayan soydaşlarımızın yaradıcılıqlarının tanıdılması üçün platformaya çevrilməsindən məmnunluğunu ifadə etmişdir”.

Məlumata görə, sərgilənən əsərlərin müəllifi Rövşən Nur söz alaraq, çəkdiyi əsərlərdə olan əsas mesajlar barədə məlumat verib: “O, əsərlərində Azərbaycan motivlərinin və Azərbaycana olan sevginin əsas xətti təşkil etdiyini bildirmişdir. Qonaqlar sırasında paytaxt Vaşinqton və ətraf ştatlarda yaşan azərbaycanlı amerikalılarla yanaşı, yerli sakinlər və paytaxt Vaşinqtonda fəaliyyət göstərən diplomatik nümayəndəlikərin rəsmiləri də iştirak etmişdilər”.

Xəbərdə deyilir ki, sərgi günləri çərçivəsində uşaqlar üçün təşkil edilmiş ustad dərsləri xüsusi diqqət cəlb edib: “Həm azərbaycanlı, həm də amerikalı uşaqların qatıldığı ustad dərsində rəssam Rövşən Nur uşaqları rəsm texnikaları ilə tanış etmişdir. Qeyd edək ki, ABŞ-Azərbaycan Ticarət Palatasının paytaxt Vaşinqtonda yerləşən sərgi salonunda mütəmadi olaraq, Azərbaycan mədəniyyəti və incəsənətini təbliğ edən sərgi və tədbirlər təşkil edilir. Hazırda Ticarət Palatası ilə “Azərxalça” arasında əldə edilmiş razılaşmaya əsasən, Azərbaycan xalçalarının Ticarət Palatasının sərgi salonunda birillik sərgisi davam etməkdədir”.

Mission News Theme by Compete Themes.