Son yeniləmə: 9 Aprel 2024 12:04
BAYRAQDAR MEDİA – “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən müqəddəs Ramazan bayramı münasibətiləDaşkəsən rayonunda növbəti sosial yardım aksiyası keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya “AzerGold”dan məlumat verilib.
Bildirilib ki, “aksiya çərçivəsində QSC-nin əməkdaşları rayonun Quşçu kəndi və eyniadlı qəsəbəsində yaşayan aztəminatlı ailələri ziyarət ediblər. Vətəndaşlara Səhmdar Cəmiyyətin adından bayram təbrikləri çatdırılıb, müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib”.
Qeyd edilib ki, “AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyalar sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşıyır: “Cəmiyyəthasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgədə yaşayan vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi,rifah halının yaxşılaşdırılması istiqamətində davamlı olaraq sosial layihələr icra edir”.