Press "Enter" to skip to content

Türkiyə Qazaxıstana kömək etməyə hazırdır

Türkiyə XİN

Son yeniləmə: 8 Aprel 2024 09:31

BAYRAQDAR MEDİA – Türkiyə Xarici İşlər Nazirliyi Qazaxıstanın bir sıra bölgələrində baş verən ağır daşqın vəziyyəti ilə əlaqədar Türkiyə hökumətinin qazax xalqına hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

Qırğızıstandan Qazaxıstana qardaş yardımı

Xəbəri Kazinform Anadolu agentliyinə istinadən yayıb.

“Qazaxıstanın müxtəlif bölgələrində baş verən daşqın vəziyyətinin nəticələri bizi dərindən kədərləndirir”, – deyə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Nazirliyin bəyanatında daha sonra deyilir: “Daşqın ciddi fəsadlar törətmiş, su basmış rayonlarda yaşayan qazaxıstanlıları təxliyə etməyə məcbur etmişdir”.

Məlumata görə, Qazaxıstan xalqına və hökumətinə səmimi başsağlığı verən nazirlik bildirib ki, Türkiyə daşqınlarla mübarizədə Qazaxıstana istənilən yardımı göstərməyə hazırdır.

Mission News Theme by Compete Themes.