BAYRAQDAR MEDİA – Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri daşqınlardan zərər çəkmiş Qazaxıstan əhalisinə 300 ton humanitar yardım çatdıracaq.
Bu xəbəri Kazinform yayıb.
Bildirilib ki, “Qırğızıstan Prezidenti Sadır Caparovun tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi “Məhsul karvanı” adlı humanitar yük təşkil edib. Əhali günəbaxan yağı, qənd, düyü, makaron və qənnadı məmulatları, həmçinin yerli istehsal olan döşəklər, paltarlar və çadırlarla təmin olunacaq. Humanitar yük daşıyan karvan aprelin 6-da səhər saat 4-də Qazaxıstana yola düşüb”.
Xatırladaq ki, aprelin 4-də Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov Joqorku Keneşin iclasında çıxışı zamanı bu məsələyə toxunmuşdu. Akılbek Japarov bildirmişdi ki, yaxın günlərdə Qırğızıstan Qazaxıstanın daşqınlardan zərər çəkən regionlarına humanitar yardım göndərməyi planlaşdırır