BAYRAQDAR MEDİA – Aprelin 8-də saat 11:00-da müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə qeydiyyat yekunlaşacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi elektron formada həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən müəllimlər keçidə daxil olaraq müraciət etməlidirlər”.