BAYRAQDAR MEDİA – KKTC Cümhurbaşqanı Ersin Tatar ABŞ-dakı təmaslarını başa vurduqdan sonra bu ölkəyə qayıdıb.
Bu barədə Kibris Postası məlumat yayıb.
Bildirilib ki, “Ersin Tatar saat 20:00-da Nyu Yorka qayıdarkən Ercan Hava Limanında mətbuat konfransı keçirərək ABŞ-dakı təmasları haqqında məlumat verib. Ersin Tatarı Ercan Hava Limanında kənd təsərrüfatı və təbii sərvətlər naziri Hüseyn Çavuş, prezident müşaviri Okan Donangil, həmçinin bəzi mülki və hərbi rəsmilər qarşılayıb”.
Məlumta əsasən, BMT baş katibi ilə görüş tələb edən Ersin Tatar cümə günü BMT-nin Nyu-Yorkdakı qərargahında baş katib Quterreşlə görüşüb. Onun baş katiblə görüşündən əvvəl Vaşinqtonda da bəzi təmasları olub. Ersin Tatarı ABŞ-dakı təmasları zamanı onun xüsusi nümayəndəsi Günəş Onar müşayiət edib”.