Vüqar İskəndərov: Əks təqdirə bu ölkənin varlığı sual altında qalacaq
BAYRAQDAR MEDİA – “Aprelin 5-dən sonra baş verənlər, Ermənistanın sərhəddə törətdiyi təxribatlar Azərbaycanın haqlı olduğunu bir daha sübut etdi. Həmin təxribatlar haqlı olaraq bizdə belə qənat formalaşdırır: Brüssel görüşü ABŞ və AB rəsmilərinin iddia etdiyi kimi heç də Ermənistanın “iqtisadi inkişafı”nın müzakirəsi üçün təşkil edilməyib, bu üçlü formatlı görüşün əsas amacı Ermənistanı Azərbaycana qarşı revanşist addımlara sövq etmək olub. Bundan “ilhamlanan” bədxah qonşularımız isə son günlər mütəmadi olaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutur”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Brüssel görüşünün əsl məqsədi Güney Qafqazı qanlı məkana çevirməkdir
Onun sözlərinə görə, Brüssel görüşünün əsl məqsədi Güney Qafqazı qanlı məkana çevirməkdir: “Əvvəllər də qeyd etdiyimi kimi bu gün ABŞ və AB-nin timsalında Batının müharibə komandası Ermənistanı silahlandırılması, ona maliyyə yardımlarının edilməsi üçün hərəkətə keçiblər. Bu plana hansısa “missiya” adı altında ABŞ əsgərlərinin Ermənsitan yerləşdirilməsi də daxildir. Elə aprelin 5-də Brüsseldə keçirilən ABŞ-AB-Ermənistan görüşü də bu məqsədə xidmət edir”.
5 aprel görüşü ilə Ermənistan geri dönüşü olmayan tunelə salınıb
Deputat deyib ki, 5 aprel görüşü ilə Ermənistan geri dönüşü olmayan tunelə salınıb və Batıdan asılı vəziyyətə düşüb: “Batıdakı bəlli güclər Güney Qafqazı da müharibə zonasına çevirmək üçün fəaliyyətə keçiblər. Bu qanlı planın icrası üçün isə vasitə kimi Ermənistandan istifadə edilir. Lakin Ermənistan rəhbərliyi ağlını başına yığmalıdır. Mən bədxah qonşularımıza tarixi “Sevr” müqaviləsini xatırlatmaq, daha doğrusu Brüssel razılaşmasını o müqavilə ilə müqayisə etmək istəyirəm”.
Bu gün Batıya arxayın olub, qonşularına “dil uzadan” Ermənistan çox da uzaq olmayan tarixə nəzər yetirsin
Deputat vurğulayıb ki, o zaman ermənilər vədlər qarşılığında Osmanlıya qarşı müharibəyə girdi, amma həm məğlub oldu, həm də vəd olunanları almadı: “Lakin görünən odur ki, Ermənistan tarixdən nəticə çıxarmır və yenə özünü eyni tələyə salır. Bu gün Batıya arxayın olub, qonşularına “dil uzadan” Ermənistan çox da uzaq olmayan tarixə nəzər yetirsin. O zaman görəcəklər ki, Əfqanıstandan bir gecədə necə də tez-tələsik çıxan ABŞ oradakı öz müttəfiqlərini Talibana qurban verdi. Eyni zamanda dünən Ukraynaya hər cür dəstək vəd verib onu oda-alova, Rusiya ilə mühairbəyə sövq edən ABŞ başda olmaqla Batı bu gün Kiyevə “məğlub ol” mesajı ötürməkdən utanıb-çəkinmir. Ermənistan rəhbərliyi bunlardan dərs çıxarmalıdır. Əks təqdirə bu ölkənin varlığı sual altında qalacaq”.