BAYRAQDAR MEDİA – Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz aprelin 5-də KKTC-yə bir günlük səfər edəcək.
Bu barədə Kibris Postası məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 15.30-da gəlməsi gözlənilən Cevdet Yılmaz Ercan Hava Limanında açıqlamalar verəcək.
Bildirilib ki, “Cevdet Yılmaz daha sonra KKTC rəsmiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək. O, həmçinin saat 18.00-da Güzelyurt Atatürk Parkında vətəndaşlarla görüşəcək və iftar proqramında iştirak edəcək”.
Məlumatda deyilir ki, Cevdet Yılmaz axşam saatlarında KKTC-ni tərk edəcək.