Press "Enter" to skip to content

Prezident seçkiləri ilə bağlı təşviqat prosesi başlayıb

Prezidentliyə namizədlər

BAYRAQDAR MEDİA – Quzey Makedoniyada aprelin 24-də keçiriləcək prezident seçkiləri ilə bağlı təşviqat prosesinə başlanılıb.

Yeni Balkan xəbər verir ki, aprelin 4-dən etibarən başlanan kampaniya aprelin 22-si gecə yarısına qədər davam edəcək: “Bundan sonra seçki qadağası səsvermə prosesi başa çatana qədər qüvvəyə minəcək. Kampaniya dövründə prezidentliyə namizədlər ölkənin müxtəlif bölgələrində müxtəlif tədbirlərlə təşviqat fəaliyyəti aparacaq, həmçinin televiziyalarda çıxışlar edəcəklər”.

Xatırladaq ki, seçki yarışında prezidentliyə 7 namizəd iştirak edir.

Mission News Theme by Compete Themes.