BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev aprelin 5-də qardaş Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mevlüt Çavuşoğlunu qəbul edib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Əlavə edək ki, Mevlüt Çavuşoğlu qardaş ölkənin xarici işlər naziri olduğu dönəmdə eyni dərəcədə Azərbaycan üçün də çalışırdı. İndi də bir millət vəkili olaraq o, Azərbaycanın ən yaxın, ən əziz dostudur.