Press "Enter" to skip to content

Nazir vətəndaşların müraciətlərini dinləyib

Qəbuldan görüntü

BAYRAQDAR MEDİA – Mədəniyyət naziri Adil Kərimli aprelin 4-də Azərbaycan Milli Kitabxanasında vətəndaşları qəbul edib.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “qəbulda Bakı şəhəri üzrə 30 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri, əsasən, yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət və incəsənət xadimlərinə fəxri adların, fərdi təqaüdlərin verilməsi, sahə ilə bağlı təklif, işlə təmin olunma və digər məsələlərlə bağlı olub”.

Sonra xəbərdə, “bütün müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qeyd olunan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib. Həmçinin qəbulda səslənən bir sıra məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi tapşırılıb” deyə bildirilir.

Görüşdə şəhid ailələrinin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədi ilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

Mission News Theme by Compete Themes.