Press "Enter" to skip to content

KKTC-də hökumət probemi yarana bilər

Demokrat Parti

DP “hökumətdən çəkilməyi” müzakirə edir

BAYRAQDAR MEDİA – KKTC-də hökumət ortağı Demokrat Partiyasının (DP) Partiya Məclisi (PM) hökumətdən geri çəkilmək gündəliyi ilə toplanıb.

Bu barədə Kibris Postası məlumat yayıb.

Məlumata görə, hökumət ortağı DP-nin baş katibi Serhat Akpınarın sədrliyi ilə keçirilən Partiya Məclisinə başqan Fikri Ataoğlu qatılmayıb.

İddia olunur ki, F.Ataoğlu partiya sədri kimi qəbul ediləcək qərarı “həyata keçirəcəyinə söz verib”.

Bu arada isə bəlli olub ki, hökumətdən çəkilməyə dair son açıqlama aprelin 5-də yerli vaxtla saat 17:00-da veriləcək.

Mission News Theme by Compete Themes.