Son yeniləmə: 4 Aprel 2024 11:13
Qardaş ölkə mediası bu görüş barədə xəbəri “Savunma sanayiinden Azerbaycan çıkarması” kimi başlığı ilə təqdim edib
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi Türkiyə Cümhurbaşqanlığı Müdafiə Sənayesi Komitəsinin sədri Prof. Dr. Haluk Görgünün rəhbərliyi ilə bu sahənin təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edib.
Qeyd edək ki, qardaş ölkə mediası bu səfərə xüsusi diqqət ayırıb. Bu səfər barədə xəbərlər “Savunma sanayiinden Azerbaycan çıkarması” kimi təqdim edilib.
Əslində, bu cür başlığın atılması heç də təsadüfi deyil. Çünki nümayəndə heyətinin tərkibinə Türkiyənin dünya nəhəng şirkətlərinin nümayəndələri daxil olub. Bunlar “ASELSAN” şirkətinin baş direktoru Ahmet Akyol, “ASFAT” şirkətinin baş direktoru Behçet Karataş, “HAVELSAN” şirkətinin baş direktoru Mehmet Akif Nacar, “Maşınqayırma və Kimya Sənayesi” şirkətinin baş direktoru İlhami Keleş, “REPKON Grup” şirkətinin prezidenti İbrahim Külekçi, “ROKETSAN” şirkətinin baş direktoru Murat İkinci, “Müdafiə Texnologiyaları və Mühəndislik” şirkətinin baş direktoru Özgür Güleryüz, “Türkiyənin Aviasiya və Kosmos Sənayesi – TUSAŞ” şirkətinin baş direktoru Temel Kotildir.
Səfər zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edilən və bir sıra mühüm görüşlər keçirən nümayədnə heyəti bundan məmnun qalıb.
Milliyet xəbər verir ki, mediaya açıqlamasında Prof. Dr. Haluk Görgün səfərin səmərəli keçdiyini bildirib.
Xəbərdə qeyd edilir ki, “Türkiyənin müdafiə sənayesi şirkətləri ilə dost və qardaş ölkə Azərbaycan arasında mümkün yeni layihələrlə əməkdaşlıq potensialının inkişafı və dərinləşməsinə zəmin yaratmaq məqsədi daşıyan səfər zamanı ev sahibi ölkə rəsmiləri ilə görüşlər keçirilib”.