Press "Enter" to skip to content

“Təmiz hövzələr” aksiyasına başlanılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

BAYRAQDAR MEDİA – Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında 1 aprel 2024-cü il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minib.

Bu haqda Ekologiya və Təbii Nazirliyinin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “qanunsuz balıq ovunun qarşısının alınması məqsədi ilə müvafiq nəzarət tədbirlərinin gücləndirilməsi, adıçəkilən su hövzələrində balıqçılıq subyektləri tərəfindən balıq və digər su bioresurslarının ovunda istifadə edilmiş ov alətlərinin yığışdırılması, həmçinin su hövzələrinin sahillərinin tullantılardan təmizlənməsi üçün həftə sonları “Təmiz hövzələr” aksiyasına yenidən başlanılacaq. Aksiyanın keçirilməsində məqsəd ölkənin su hövzələrində balıq ehtiyatlarını qorumaq, onların təbii populyasiyasını artırmaq, su hövzələrində çirklənməni azaltmaq, icazə verilən ərazilərdə, icazə verilən alətlərlə balıq ovu qaydalarını təbliğ etməkdir”.

Nazirlik hər bir vətəndaşı faunaya dost münasibət bəsləməyə, onu qorumağa, qadağan olunmuş alətlərlə balıq ovlayanları bu işlərdən çəkinməyə, sintetik torlardan istifadə etməməyə çağırıb.

Qeyd edək ki, ictimaiyyətin diqqətini bu məsələyə yönləndirmək, əhali arasında məlumatlılığı artırmaq məqsədi ilə aksiyalara dövlət və yerli idarəetmə qurumlarının, qeyri-hökumət təşkilatlarının, ictimai fəalların cəlb edilməsi nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.