Son yeniləmə: 3 Aprel 2024 14:01
BAYRAQDAR MEDİA – Quzey Makedoniyada seşki həyəcanı davam edir. Bu arada Makedoniya Sosial Demokratlar İttifaqı (SDSM) Skopyedə seçki proqramını təqdim edib.
Yeni Balkan xəbər verir ki, “Avropanın Gələcək Proqramı” adı altında təşkil olunan tədbirdə partiya olaraq indiyədək görülmüş və gələcəkdə həyata keçirilməsi planlaşdırılan işlər barədə məlumat verilib: “Tədbirdə seçki yarışında iştirak edəcək və siyahıların önündə olacaq namizədlər də təqdim olunub. Birinci bölgədən siyahıya rəhbərlik edəcək SDSM sədri Dimitar Kovachevski, 6 ildə minimum əmək haqqını 150 avrodan 370 avroya qaldırdıqlarını ifadə edərək, 100 milyon avro sərmayə ilə 919 şirkəti dəstəklədiklərini qeyd edib”.
Məlumata görə, D.Kovaçevski onu da bildirib ki, 2017-ci ildə 2023-cü ilə qədər ümumilikdə 3 milyard dəyərində birbaşa xarici investisiya qoyulub: “D.Kovaçevski hakimiyyətdə olarkən çətin qərarlar qəbul etdiklərini də bəyan edib. O, “Bu çətin qərarlar sayəsində biz bu gün AB ilə danışıqları davam etdirən NATO üzvü, sabit, firavan və təhlükəsiz ölkəyik” deyib”.
Məlumata əsasən D.Kovaçevski çıxışına davam edərək deyib: “Biz zəmanət veririk ki, növbəti dörd ildə orta əmək haqqı rekord səviyyəyə – 1100 avroya çatacaq, minimum əmək haqqı isə 600 avro olacaq. Bizim iqtisadi planımız müstəqil Makedoniya tarixində ilk dəfə olaraq 2028-ci ilə qədər işsizlik səviyyəsini birrəqəmli rəqəmə, yəni 12%-dən 7%-ə endirməyi nəzərdə tutur”.
Xəbərdə deyilir ki, D. Kovaçevski Avropa Birliyi bizim yeganə alternativimizdir. Makedoniyanın AB-yə ehtiyacı var” deyə əlavə edib.