Son yeniləmə: 3 Aprel 2024 10:21
BAYRAQDAR MEDİA – Bolqarıstanın türklərin də çox yaşadığı Kırcalı bölgəsində ehtiyacı olan 15 min 482 nəfərə uzunmüddətli qida məhsulları paketləri paylanacaq.
Radio Bolqarıstan xəbər verir ki, bunu Bolqarıstan Qırmızı Xaç Təşkilatının (BÇK) Regional Şurasından Svetlomira Dimitrova deyib. O, bildirib ki, yardımlar “Podkrepa” /Dəstək/Qida və Əsas maddi yardım proqramı əsasənda veriləcək.
Qeyd edilib ki, yardımların paylanması aprelin 3-də bölgədəki 9 nöqtədən üçündə başlayacaq: “Qalan məntəqələr tədricən açılacaq və bu, aprelin 12-dən gec olmayaraq Kirkovoda baş verəcək”.