Press "Enter" to skip to content

İşləyən pensiyaçılara yeni xəbər -VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 3 Aprel 2024 11:21

BAYRAQDAR MEDİA – Azərbaycanda 60 min nəfərdən artıq işləyən pensiyaçı var.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin məlumatında deyilir ki, bu barədə DOST TV-də izləyici suallarını cavablandırarkən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin həmin iş müddətində topladıqları kapital hər ilin əvvəlində indeksləşdirilməklə artırılır: “Hər 6 ildən bir həmin kapital 72-yə bölünərək pensiyasına əlavə olunur. Hazırda bununla bağlı elektron proqram hazırlanır və cari ildə bu proqram istifadəyə veriləcək. Yəni, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin hər 6 ildən bir pensiyasının yenidən hesablanıb artırılması həmin 6 il tamam olan kimi e-sistem üzərindən olmaqla avtomatik, proaktiv qaydada həyata keçiriləcək”.

Nazirin sözlərinə görə, artıq vətəndaşların bununla bağlı müraciətinə ehtiyac qalmayacaq.

Mission News Theme by Compete Themes.