Son yeniləmə: 3 Aprel 2024 13:01
Vüqar İskəndərov: İmzalanacaq hər hansı sənəd Birləşmiş Ştatların yaxın gələcəkdə Ermənistanda və deməli Güney Qafqazda hərbi mövcudluğuna yol açacaq
BAYRAQDAR MEDİA – “Böyük ehtimalla aprelin 5-də imzalanacaq hər hansı sənəd, yaxud razılaşdırılacaq addımlardan biri məhz Birləşmiş Ştatların yaxın gələcəkdə Ermənistanda və deməli Güney Qafqazda hərbi mövcudluğuna yol açacaq. Hesab edirəm ki bu region üçün təhlükəli və fəlakətli ola bilər. Çünki ABŞ əsgərinin olduğu hər bir yerdə insanlıq dramı yaşanır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-AB-Ermənistan görüşü region üçün müsbət heç nə vəd etmir: “Qeyd edilidiyi kimi sözügedən görüş və həmin görüşdə hərbi paktın imzalanması Ermənistandakı AB missiyasının genişləndirilməsi, ABŞ-ın bu missiyaya daxil olması və yaxın gələcəkdə ciddi hərbi bazanın yaradılması məqsədi güdür. Beləliklə, göründüyü kimi ABŞ Güney Qafqaz regionunda da militarizasiya, gərginliyin artırılması və yeni münaqişə ocaqğının yaradılması yolunu tutub”.
Deputat qeyd edib ki, regionun bütün ölkələri bu planın reallaşmasına qarşı birgə addım atmalıdırlar: “Kimsəyə sir deyil ki, ABŞ-ın bütün siyasətinin ana xəttini xarici ölkələrdə, o cümlədən dünyanın fərqli regionlarında muharibələr, süni qarşıdurmalar, etnik, dini və milli toqquşmalar təşkil etmək, sonra isə orada özünü qəhrəman kimi göstərmək təşkil edir. ABŞ-ın məhz bu kontekstdə növbəti hədəfi isə Güney Qafqazdır. ABŞ öncə Güney Qafqazı müharibə meydanına çevirmək, sonra isə hərbi baxımdan burada peyda olmaq istəyir. Təəssüflər olsun ki, bizim regionda bu siyasəti reallaşıdrmaq üçün ABŞ “sapı özümüzdən olan balta”dan, yəni bu regionun ölkəsi olan Ermənistandan istifadə edir. Təbii ki, Azərbaycan bu plana qarşı öz qətiyyətli mövbqeyini ortaya qoyub. Həmçinin Rusiya da məsələyə reaksiya verib və Ermənistana xəbərdarlıq edib. Lakin hesab edirəm ki, regionun digər ölkələri də bu planın reallaşmasına qarşı çıxmalı, öz mövqelərini ortaya qoymalıdırlar”.