BAYRAQDAR MEDİA – 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Kürdəmir rayonunda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, ictimai fəallar və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “görüş çərçivəsində iştirakçılara ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələbləri, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülmüş işlər, Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarına qarşı apardığı mübarizə tədbirləri barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb”.