Son yeniləmə: 2 Aprel 2024 16:27
BAYRAQDAR MEDİA – Quzey Makedoniyada mayda keçiriləcək parlament seçkilərində VMRO-DPMNE tərəfindən irəli sürülən namizədlər bəlli olub.
Yeni Balkan xəbər verir ki, türk partiyası olan TMBH sədri Erdoğan Saraç sosial şəbəkədə açıqlama verərək bunları yazıb: “Bu gün “Sənin Makedoniyan” Koalisiyası 6 seçki dairəsi üzrə 120 deputat namizədini çox möhtəşəm şəkildə təqdim edib. Mənim Türkiyə Milli Birlik Hərəkatını təmsil edən namizədliyim qeydə alınıb və 6-cı seçim dairəsində siyahıda dprdüncü yerdəyəm. Sənədlərdən göründüyü kimi, mən bir türk olaraq seçkidə iştirak edəcəyimi imzaladım və Dövlət Seçki Komissiyasına göndərilməsi üçün müvafiq orqana təqdim etdim”.