Son yeniləmə: 2 Aprel 2024 09:59
BAYRAQDAR MEDİA – Mart ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 7 min 22 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya qurumun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 4 min 142 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 min 358 müraciət daxil olub. BŞTİ-yə 1 min 132 sənəd (vətəndaşlar tərəfindən 212 ərizə, Elm və Təhsil Nazirliyindən 190, digər qurumlardan 181, tabelikdə olan təhsil müəssisələrindən 332 məktub və 217 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb”.
Məlumata görə, həmçinin 390 elektron müraciətə baxılıb: “Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydaları, məktəbəqədər təhsil müəssisələrinə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir”.