Press "Enter" to skip to content

Ermənistan Azərbaycan qızılını ərəblərə satır…

Qızıl

BAYRAQDAR MEDİA – Ermənistanda ABŞ dollarının dəyərinin düşməsi müşahidə edilir. İqtisadçı Suren Parsyan erməni mediasına verdiyi açıqlamada bunun daxili amillərlə bağlı olduğunu qeyd edib.

Maraqlıdır ki, iqtisadçı Ermənistan dramının dəyərinin artmasının bir səbəbi kimi qızılın ixracını göstərib. Suren Parsyan deyib ki, yalnız fevral ayında qızıl ixracı 2,5 dəfə artıb. Bu isə olduqca yüksək göstəricidir.

O, deyib ki, ümumiyyətlə son dörd ayda Ermənistandan 3 milyard dollarlıq qızıl ixrac edilib. Özü də bu ixrac əsasən ərəb ölkələrinə yönəlib…

Xatırladaq ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında tutduğu dövrdə qızıl yataqlarını da talamaqla məşğul idi. Bu cinayət əməli 10 illər boyu davam edib və belə anlaşılır ki, milyardlarla dollar dəyəri olan Azərbaycan qızılı indi Ermənistan üçün nəfəslik rolunu oynayır. Yəni Azərbaycandan talanan qızıl hesabına Ermənistan iflasdan qorunmağa çalışır. Özü də bu qızıl daha çox müsəlman qardaşlarımıza – ərəblərə satılır…

Mission News Theme by Compete Themes.