Son yeniləmə: 2 Aprel 2024 11:54
BAYRAQDAR MEDİA – “Martın 31-də Türkiyədə insanlar yerli seçkilər üçün seçki məntəqələrinə getdi.Yerli seçkilərdə bələdiyyə başçıları, böyük şəhər bələdiyyə başçıları, bələdiyyə məclis üzvləri, il məclis üzvləri, muhtarlar və ağsaqqallar məclisləri təyin olundu”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlmasında Dos. Dr. Fatih Çağatay Baz deyib.
Onun sözlərinə görə, 5 ildən bir keçirilən seçkilərdə bəzi şəhərlərin bələdiyyə sədrləri seçkilərinin nəticələri təəccüblü olub: “AK Parti və MHP-nin birliyi olan Cümhur İttifakı Türkiyənin bir çox şəhərində qalib gəldi. Bəzi şəhərlərdə isə gözlənilən nəticələr alınmadı”.
Qeyd edilib ki, MHP yerli seçkilərdə aldığı səs nisbətinə görə bir çox bələdiyyəni qazanıb: “MHP Türkiyə üzrə 8 vilayət, 119 rayon və 54 bələdiyyənin qalibi olub. Ümumilikdə 181 bələdiyyə başçılığı qazanıb”.
Müsahibimiz vurğulayıb ki, 31 mart yerli seçkilərində Osmaniye, Karaman, Erzincan və Çankırıda yenidən qalib gələn MHP Kars, Kırklareli, Tokat və Gümüşhaneni də bələdiyyələrinə qatıb: “MHP sədri cənab Dr. Devlet Bahçelinin doğma diyarı türkmən məmləkəti olan Osmaniye şəhərində partiya böyük fərqlə qalib gəlib. MHP-nin qalib gəldiyi Kars da diqqət çəkən vilayətlər arasında idi. Orada Prof. Dr. Ötüken Şenger işi ilə diqqət mərkəzində olub və seçkini böyük fərqlə qazanıb. 747 il əvvəl dövlətin rəsmi dilinin türkcə olduğunu açıqlayan Karamanoğlu Mehmet bəyin yurdu Karamanda da MHP-nin namizədi seçkidə qalib gəlib”.
Bildirilib ki “zəlzələ bölgəsi Hatay Böyükşəhər Bələdiyyəsi başda olmaqla bir çox yerlərdə Cümhur İttifakı qalib gəlib. Yerli seçkilər Cümhur İttifakının Türkiyədə bir çox vilayət və rayonlarda qalib gəlməsi ilə nəticələndi”.
Dos. Dr. Fatih Çağatay Bazın sözlərinə görə, seçkidən sonra açıqlama verən MHP sədri Dr. Dövlət Bahçeli, “Biz yeni əsrin ilk yerli özünüidarə seçkilərini keçiririk. İnşallah millətimizə, dövlətimizə xeyirli olar. Öncədən bütün xalqımıza təşəkkür etmək istərdim” deyib.
Cümhurbaşqanı Recep Tayyip Erdoğan isə “millətin sandıq başına verdiyi mesajları ən doğru və obyektiv şəkildə, ağıl və vicdan tərəzisində tərəziyə qoyaraq mütləq lazımi addımları atacağıq” deyib.