Son yeniləmə: 2 Aprel 2024 09:18
Müvəqqəti baş nazirin təyini üçün
BAYRAQDAR MEDİA – Bolqarıstanda millət vəkilləri müvəqqəti baş naziri təyin etmək üçün qanuna dəyişiklik edəcəklər.
Radio Bolqarıstan xəbər verir ki, Xalq Məclisi aprelin 2-də növbədənkənar iclasında “BNB haqqında” qanuna bankın meneceri və müavinlərinin, ombudsmanın və onun müavininin, Hesablama Məhkəməsinin sədrinin və sədr müavininin səlahiyyətlərini nəzərdə tutan dəyişiklikləri qəbul edəcək: “Dəyişikliyə əsasən, onlar müvəqqəti baş nazir vəzifəsinə təyin olunarsa, ödənişsiz məzuniyyətə çıxa bilərlər”.