BAYRAQDAR MEDİA – Aprelin 27-si saat 12:00-da YAP Yasamal Rayon Təşkilatında Qırğızıstan səfirliyi, YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Qırğızıstan və Azərbaycan qardaşlığına həsr olunmuş “Ürəkdən ürəyə incəsənətlə” xeyriyyə sərgi-yarmarkası keçiriləcək.
Sərgidə iştirak etmək üçün 8-18 yaş arası rəssamlar müəllimləri ilə bərabər müraciət etməlidirlər.
Bildirək ki, əldə olunacaq vəsaitin bir hissəsi uşaq evinə köməklik üçün istifadə olunacaq.
Qeyd edək ki, layihə rəhbəri Saule Osmonaliyeva, təşkilatçı isə Aygün Əzizovadır.