Press "Enter" to skip to content

“Sosial saat”ın ilk qonağı

“DOST TV-nin ilk efirinin “Sosial saat” verilişinin qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olacaq

Son yeniləmə: 1 Aprel 2024 13:34

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, sabah, aprelin 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi olaraq, ölkəmizdə ilk sosial televiziya – DOST TV fəaliyyətə başlayacaq.

Nazirlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, bu yeni internet televiziya əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları üzrə verilişlər, xəbərlər yayımlamaqla, izləyici suallarının birbaşa cavablandırılmasını da təmin edəcək: “DOST TV-nin ilk efirinin “Sosial saat” verilişinin qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev olacaq. Nazir müsahibəsi zamanı izləyicilərin Nazirliyin fəaliyyət sahələrinə dair suallarını da cavablandıracaq”.

Mission News Theme by Compete Themes.