Son yeniləmə: 1 Aprel 2024 12:40
BAYRAQDAR MEDİA – “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Çovdar” qızıl yatağının yaxınlığındanövbəti ağacəkmə aksiyası keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya “AzerGold” QSC-dən məlumat verilib.
Məlumata görə, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətə qayğı missiyamızdır” şüarı ilə bölgənin yaşıllıq sahələrinin artırılması, ekoloji tarazlığın qorunmasına töhfə verilməsi məqsədilə təşkil edilən aksiyada “AzerGold” QSC-nin əməkdaşları, RİİB nümayəndələri və könüllüləri iştirak ediblər: “Aksiya zamanı 1 hektar ərazidə yerli şəraitə uyğun 1000 ədəd cökə ağacı əkilərək, aqrotexniki qaydada qulluq göstərilib. Həmçinin tədbir çərçivəsində ərazidə müvafiq abadlıq işləri aparılıb. Xatırladaq ki, ölkəmizdə qeyri-neft-qaz sektorunun önəmli sahələrindən olan dağ-mədən sənayesinin inkişafı istiqamətində fəaliyyətini uğurla davam etdirən “AzerGold” QSC ətraf mühitin mühafizəsinəardıcıl və sistemli töhfələrini verir. Bugünədək QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, İDEA İctimai Birliyi, eləcə də digər hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq şəraitində Daşkəsənrayonunda 16 mindən çox ağac və kol bitkisinin əkini həyata keçirib.Həmçinin nadir və nəsli kəsilməkdə olan bitki növlərinin, eyni zamanda biomüxtəlifiyin qorunması məqsədilə çoxsaylı layihələr, göl və çay kənarlarında təmizlik aksiyaları icra edilib”.