Press "Enter" to skip to content

Növbəti onlayn təlimlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 1 Aprel 2024 14:16

BAYRAQDAR MEDİA – Bakı şəhəri üzrə ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün “Əmək və məşğulluq“ altsistemi (ƏMAS) platformasında (https://emas.sosial.gov.az/) işin təşkilinin təkmilləşdirilməsi mövzusunda onlayn təlimlər keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, “BŞTİ ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində keçirilən təlimlərin əsas məqsədi ƏMAS platformasında əmək müqavilələrinin qanuvericiliyə uyğun bağlanması, elektron portalda müxtəlif əməliyyatların aparılması istiqamətindəki yeniliklərlə bağlı biliklərin artırılmasından ibarətdir”.

Xəbərə əsasən, təlimlərdə ƏMAS barədə iştirakçılara ətraflı məlumat verilib: “Bildirilib ki, ƏMAS əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsinə, insan resursları ilə işin təşkilinə və bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platformadır. ƏMAS, həmçinin işçilərlə işəgötürənlər arasında elektron əmək müqavilələrinin bağlanılmasını, rəqəmsal kadr uçotu sisteminin yaradılmasını, əməyin hesablanmasını və ödənilməsini təmin edir. Təlimlərin sonunda iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb”.

Mission News Theme by Compete Themes.