Press "Enter" to skip to content

MHP bu seçkilərdən uğurla çıxdı

Hasan Kumkale

Son yeniləmə: 1 Aprel 2024 09:50

Hasan Kumkale: Ümumilikdə CHP 31 mart seçkilərinin qalibi kimi görünür

BAYRAQDAR MEDİA – “Martın 31-də keçirilən yerli seçkilərin rəsmi olmasa da açıqlanan ilkin nəticələri proseslə bağlı ümumi fikir bildirməyə imkan verir. Öncəlikə onu deyim ki, bu nəticələrə görə Ankara, İstanbul və İzmirdə yenidən CHP-nin namizədi qalib gəldi. Ümumilikdə CHP bu seçkilərin qalibi kimi görünür”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiydən olan müstəqil ekspert, hüquqşünas Hasan Kumkale deyib.

Onun sözlərinə görə, digər tərəfdən MHP bu seçkilərdən uğurla çıxdı: “Bəli, bunu çəkinmədən deyə bilərik ki, MHP 31 mart seçkilərindən uğurla çıxdı. Tam olmayan nəticələrə görə 8 şəhərdə bələdiyyə sədrliyinə seçkilərdə MHP-nin namizədi qalıb gəlib. Bu isə türk milliyyətçi hərəkatının Türkiyədə yüksəlməyə davam etdiyini ortaya qoyur. Çünki MHP təkbaçına 8 şəhərdə qalib gəlməklə yanaşı, Cümhur İttifakı tərkibində bir çox yerlərdə qazanılan qələbəyə də öz töhfəsini verib”.

H.Kumkale qeyd edib ki, bu seçkilərdə AK Partinin səsində ciddi düşüş qeydə alınıb: “Bunun da bir səbəbi iqtisadi vəziyyətlə bağlıdır. Ciddi iqtisadi priblemlər var ki, o da öz mənfi təsirini seçkidə göstərdi. Amma buna rəğmən nəticə CHP və digər müxalif güclərin böyük qələbəsi kimi görünsə də, əslində seçkiyə qatılanların sayına nəzər salanda bunun heç də belə olmadığı ortaya çıxır. Böyük ehtimalla CHP və digər müxalif partyaları erkən seçim tələbində olacaqlar. Lakin onların bu tələblərinə müsbət cavab verilməsi mümkünsüzdür. Çünki meydanda 2023-cü ildə keçirilən və 54 milyon şəxsin səs verdiyi seçkidə böyük fərqlə qalib gələn Cümhur İttifakı var. Bu seçkilərdə isə ötən seçkilərdə sadəcə bu ittifakın həmin vaxt aldığı səs qədər seçici iştirak edib ki, CHP onun da cəmi 37 faizinin səsəini alıb”.

Müsahibimiz seçkilərdə iştirakla bağlı məsələyə də toxunub: “Deyə bilərəm ki, 2023-cü il seçkilərində səsverməd iştirak edənlərin sayı yüksək idi. 54 milyona yaxın şəxs səsvermədə iştirak etmişdi. Düzdü bu 54 milyonun 3,5 milyonu xaricdə yaşayan seçicilər idi. Amma bunları çıxsaq belə 50 milyondan çox insan seçkidə iştrirak etmişdi. Bu dəfə isə rəsmi olmayan rəqəmlərə görə 61 milyon seçicidən cəmi 32,5 milyoni səsvermədə iştirak edib ki, bu da 76 faizə yaxın bir iştirak deməkdir. Təəssüflər olsun ki, bu son dövrlərdə iştirak faizinin ən aşağı olduğu seçki kimi tarixə düşdü”.

H.Kumkale vurğulayıb ki, hər kəs, bütün qüvvələr, xüsusilə də Cümhur İttifakı bundan nəticə çıxaracaqdır: “Hesab edirəm ki, Cümhir İttfakı daha qərarlı addımlar atacaqdır. Öz sıralarına yenidən baxaca və “Türkiyə Yüz ili” hədəfləri istiqamətində inamla irəliləyəcəkdir”.

Mission News Theme by Compete Themes.