Son yeniləmə: 1 Aprel 2024 12:24
Quzey Mitrovitsa şəhərində türk dili rəsmi dil olaraq qəbul edilib
BAYRAQDAR MEDİA – Kosovanın serblərinin sıx yaşadığı Quzey Mitrovitsa şəhərində martın 29-da qərar qəbul edilib.
Kirim Haber Ajansının məlumatına görə, Quzey Mitrovitsa bələdiyyəsinin iclasında türk dilinin rəsmi dil kimi qəbul edilməsi ilə bağlı müraciət səs çoxluğu ilə qəbul edilib: “Quzey Mitrovitsada yaşayan türk icmasını təmsil edən Kosovo Demokratik Türk Partiyasının (KDTP) millət vəkili Enis Kervanın təqdim etdiyi ərizə parlamentdə təsdiqlənib. E.Kervan bu qərarın Kosova türkləri üçün tarixi əhəmiyyət kəsb etdiyini və türk dilinin artıq rəsmi dil olaraq qəbul edildiyini bildirib. O, qərarın 23 aprel Kosova Türklərinin Milli Günü öncəsi qəbul edilməsinin xüsusi məna daşıdığını qeyd edib”.