BAYRAQDAR MEDİA – Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi mütəmadi olaraq kolleclərdə monitorinqlər həyata keçirir. Martın 5-də Agentlik Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Agentlikdən daxil olub.
Xəbərdə bildirilir ki, “monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib”.
Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.