Press "Enter" to skip to content

Eskişehirdə Ayşe Ünlüce dövrü

Ayşe Ünlüce

Son yeniləmə: 1 Aprel 2024 11:35

O, Eskişehrin ilk qadın bələdiyyə sədri kimi tarixə düşəcək

BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyə sədrliyinə seçkilərdə CHP-nin namizədi Ayşe Ünlüce qalib gəlib.

Bu barədə eskisehir.net xəbər yayıb.

Bildirilib ki, A.Ünlüce Eskişehrin ilk qadın bələdiyyə sədri kimi tarixə düşəcək: “Eskişehirdə bir dövr başa çatdı. Ardıcıl beş dövr Eskişehir Böyükşəhər Bələdiyyə sədri vəzifəsini icra edən Prof. Dr. Yılmaz Büyükerşen 31 martda keçirilən yerli seçkilərdə yenidən namizədliyini irəli sürməyib. CHP bu posta məhz Y.Böyükerşenin tələbi ilə Eskişehir Böyükşəhər Bələdiyyəsinin baş katibi Ayşe Ünlücenin namizədliyini irəli sürüb”.

Qeyd olunub ki, qeyri-rəsmi nəticələrə görə, o, 48,77 faiz səslə qalib gəlib. Onun ən yaxın rəqibi AK Partinın namizədi Nebi Hatipoğlu isə 39,69 faiz səslə ikinic, İYİ Partinin namizədi Melih Aydın isə 4,14 faiz səslə üçüncü yerdə qərarlaşıb.

Məlumata əsasən, 1970-ci ildə Eskişəhirdə anadan olan Ayşe Ünlüce Dokuz Eylül Universitetinin Hüquq fakültəsini bitirib: “Bir müddət hakim işləyən Ayşe Ünlüce 2016-cı ildə Eskişehir Böyükşəhər Bələdiyyəsinin 1-ci Hüquq müşaviri vəzifəsinə təyin edilib, 2018-ci ildən isə baş katib vəzifəsinə təyin olunub. İki uşaq anası olan A.Ünlüce həm də ötən il dünyasını dəyişən Eskişehir Böyükşəhər Bələdiyyə sədrinin müavini vəkil Aydın Ünlücenin həyat yoldaşı olub”.

Mission News Theme by Compete Themes.