Son yeniləmə: 1 Aprel 2024 09:05
BAYRAQDAR MEDİA – Xəbər verdiymiz kimi martın 31-də qardaş Türkiyədə yerli seçkilər keçirilib.
Məlumat üçün bildirək ki, martın 31-də qardaş Türkiyədə yerli seçkilər keçirilib. 34 siyasi partiyanın namizədlərinin mübarizə apardığı bu seçkilərdə bəzi bölgələrdə müstəqil namizədlər də yarışa qatılmışdılar. Türkiyə daxilində qurulan 200 mindən çox seçki qutusunda qeydə alınmış 61 milyon 441 min 882 seçici səs vermə hüququna malik idi. Onlardan 18 yaşdan yuxarı 1 milyon 32 min 610 nəfər ilk dəfə səs verəcəklər idi.
Beləliklə, 30 böyük şəhər, 51 il, 973 mahal və 390 mahal bələdiyyə başçıları və 50 min 336 muhtar müəyyən olunduğu seçkilər artıq arxada qalıb. Rəsmi olmayan nəticəslərə əsasən, müxalifətdəki CHP 37,74, hakim AK Parti 35,49 faiz səs toplayıb. Seçkinin ilkin nəticələri YSK tərəfindən günün birinci yarısında elan ediləcək.
Bu seçkilərin yaddaqalan məqamlarından biri isə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) qələbəsidir.
CHP təxminən 47 ildən sonra 30 faizlik baryeri keçə bilib.
Bu barədə eskisehir.net məlumat yayıb.
Bildirilib ki, CHP-nin namizədləri İstanbul, Ankara və İzmirdə zəfər hazırlığını davam etdirərkən, digər müxalifət partiyaları gözlənilən nəticələri əldə edə bilməyib.
Beləliklə, 1977-ci ildən bəri ilk dəfə CHP lider partiya olub. AK Parti isə 2002-ci ildən bəri ilk dəfə ikinci partiya olub.