Press "Enter" to skip to content

Bu nəticə türk xalqının iradəsinin ifadəsidir

Cavid Aydın səs verərkən. Arxiv fotosu

Son yeniləmə: 1 Aprel 2024 09:25

Cavid Aydın: Bizə isə yalnız nəticələr “Türkiyə üçün xeyirli-uğurlu olsun” demək düşər

BAYRAQDAR MEDİA – “Bu seçkilərdə mən öz bölgəmizdə seçici fəallığı hiss etdim. Xalq seçkilərə böyük həvəslə qatılırdı”.

Bunu qardaş Türkiyədə martın 31-də keçirilən seçkilərlə bağlı təəssüratını BAYRAQDAR MEDİA ilə bölüşən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.

C.Aydın qeyd edib ki, xüsusilə yaşlı nəsil bu seçkilərdə fəallığı ilə fərqləndi: “Ümumiyyətlə bu seçkilər bir çox məqamlara görə diqqət mərkəzində oldu. Məsələn bu seçkilərdə muxtarlar da seçilirdi və hər məhəllədə ən azı 5-6 muxtarlığa namizəd mübarizə aparırdı. Bu da seçkiyə ayrı bir rəng qatırdı. Onlar seçkiyə qatılan insanlarla dialoq qurmağa çalışırdılar. Bu da ayrı bir mənzərə yaradırdı”.

Müsahibimiz nəticələrin necə olmasından aslı olmayaraq, Türkiyə xalqının iradəsinin ifadəsi olduğunu deyib: “Hər kəs müstəqil şəkildə, heç bir təzyiq olmadan öz seçimini etdi. Yəni, sandıqdan çıxan nəticə türk xalqının iradəsinin ifadəsidir. Bizə isə yalnız nəticələr “Türkiyə üçün xeyirli-uğurlu olsun” demək düşər”.

Mission News Theme by Compete Themes.