BAYRAQDAR MEDİA – Martın 30-da Azərbaycan Dövlət Pantomima Teatrında Uilyam Şeksprin məşhur “Romeo və Cülyetta” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Ceyhun Dadaşov, rəqslərin quruluşçusu Əməkdar artist Nargilə Qəribova, rəssamı Xəyyam Səmədovdur. Bildirək ki, Teatrın bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanı-zadədir.
Tamaşanın nümayişindən sonra C.Dadaşov media nümayəndələrinə tamaşa haqqında məlumat verib. O, tamaşanın ilkin variantda 1 saat 25 dəqiqə olduğunu, daha sonra müəyyən ixtisarlar edilərək vaxtının 1 saat olaraq saxlanıldığını bildirib.