Press "Enter" to skip to content

“Media haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsi müzakirə olunub

Müzakirə zamanı

BAYRAQDAR MEDİA – Milli Məclisinin martın 29-da keçirilən plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında irəli sürdüyü “Media haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklə bağlı qanun layihəsi müzakirə olunub və birinci oxunuşda qəbul edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “müzakirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli, Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov iştirak edib. Plenar iclasda müzakirə olunan layihə “Media haqqında” Qanunun 59.2-ci maddəsinə dəyişiklik etməklə siyahısı müəyyən edilən orqanlar (qurumlar), Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin də çap mediası subyektinin təsisçisi olmasını nəzərdə tutur. Layihənin hazırlanmasının məqsədi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsidir və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasını yaratmaqdır”.

Mission News Theme by Compete Themes.