Son yeniləmə: 1 Aprel 2024 07:05
BAYRAQDAR MEDİA – Martın 31-də bütün diqqətlər qardaş Türkiyəyə yönələcək. Çünki həmin gün Türkiyədə yerli seçkilər keçiriləcək.
Qardaş ölkənin Yüksək Seçim Kurlunun (YSK) məlumatına görə, martın 31-də ümumilikdə 34 siyasi partiyanın namizədləri mübarizə aparacaq. Bəzi bölgələrdə müstəqil namizədlər də yarışa qatılacaqlar.
Türkiyə daxilində qurulacaq 200 mindən çox seçki qutusunda qeydə alınmış 61 milyon 441 min 882 seçici səs verə biləcək.
Yüksek Süçim Kulrunun məlumatına görə, bu seçkidə 18 yaşdan yuxarı 1 milyon 32 min 610 nəfər ilk dəfə səs verəcək.
30 böyük şəhər, 51 il, 973 mahal və 390 mahal bələdiyyə başçıları və 50 min 336 muhtar müəyyən olunacaq.
Əyalət şurası və bələdiyyə məclisi üzvlüyünə seçkilər də keçiriləcək.
Qeyd edək ki, seçki ilə bağlı vətəndaşlara daha dolğun bilgi verilməsi üçün YSK tərəfindən xüsusi mediatur da təşkil edilib.