Bolqarıstanın NATO-ya üzvlüyünün 20-ci ildönümü ilə bağlı hərbi marşlar və caz musiqisi səslənəcək
BAYRAQDAR MEDİA – Bolqarıstanın NATO-ya üzlüyünün 20-cı ildönümü münasibətilə maraqlı konser proqramı təşkil ediləcək.
Radio Bolqarıstan xəbər verir ki, bolqar xalqının çox sevdiyi Mühafizə alayının marş orkestrası, Silahlı Qüvvələrin marş orkestri və NATO-nun müxtəlif üzv ölkələrinin musiqiçilərinin daxil olduğu NATO Caz Orkestri proqramda çıxış edəcək: “Konsert martın 29-da axşam saat 18.00-da Sofiyada keçiriləcək. Bolqarıstana ilk dəfə gələn NATO Caz Orkestri musiqiçiləri Qlen Miller, Duke Ellington və Count Basie-nin klassik Amerika caz aranjimanlarını, həmçinin Frank Sinatra və Johnny Holiday kimi sənətçilərin vokal əsərlərini təqdim edəcəklər”.
Məluamat görə, “Knyaz I Aleksander” meydanında keçiriləcək konsertə giriş pulsuzdur.