Press "Enter" to skip to content

Ermənistan parlamentinin sədri Rusiyadan inciyib

Alen Simonyan

BAYRAQDAR MEDİA – Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyaya yönəlik açıq inciklik ifadə edib. O, martın 29-da ölkənin İctimai TV-sinə verdiyi müsahibədə bu mövqeyini dilə gətirib.

“Bizi müdafiə etmək vaxtı çatanda Rusiya bunu etmədi. Biz yenidən ümidimizi ifadə etdik ki, müdafiə edərlər. Lakin sonra yenə aldatdılar və sonda bizi artıq bu dəfə Ermənistan ərazisində yeni müharibəyə çəkməyə çalışdılar. Məqsəd də gəlib Ermənistanı “xilas etmək” idi”, – deyə Alen Simonyan bildirib.

Parlament sədri Rusiyanı böyük qardaş kimi gördüklərini, bu qardaşın isə onları xilas etməyə həvəs göstərmədiyini də deyib: “Bəli, bəyan edirəm ki, müttəfiqimiz Rusiya bizi ən çətin anımızda tək qoydu”.

Alen Simonyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünü dondurduğunu da vurğulayıb. Qeyd edib ki, bu qurumun varlığıyla yoxluğu hiss edilmir.

Mission News Theme by Compete Themes.