Press "Enter" to skip to content

YDP-nin qurultayı aprelin 14-nə qaldı

Erhan Arıklı (solda) və Talip Atalay

Son yeniləmə: 28 Mart 2024 11:17

BAYRAQDRA MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətində hökumət ortaqlarında olan Yenidən Doğuş Partiyasının (YDP) növbədənkənar qurultaya hazırlaşdığı xəbərini vermişdik. Həmin xəbərdə qurultayın fevralın 17-də keçiriləcəyi qeyd edilirdi.

YDP-də Talip Atalay rüzgarı

Lakin partiya rəhbərliyi qurultayı aprelin 14-nə kimi təxirə salıb. Bununla bağlı YDP-nin sosial şəbəkə hesablarından məlumat verilib.

Bildirilib ki, YDP sədri Erhan Arıklı qurultayın aprelin 14-nə təxirə salındığını açıqlayıb. Onun sözlərinə görə, əgər aprelin 14-də yetərsay toplanmasa, o zaman qurultay aprelin 28-də keçiriləcək.

Təxirə salınma qərarı ona görə verilib ki, əvvəllər partiyadan kütləvi şəkildə istefa vermiş təxminən 1400 nəfər imzalanmış ərizə ilə istefa ərizəsi təqdim etməyiblər. Ona görə də onlar hələ də üzv kimi görünür.
Bu problemi həll etmək üçün YDP növbədənkənar qurultaydan əvvəl nizamnamə qurultayını keçirəcək və müvafiq nizamnamə maddəsində dəyişiklik edəcək.

Mission News Theme by Compete Themes.