Son yeniləmə: 28 Mart 2024 14:44
BAYRAQDAR MEDİA – Eskişehirdə yaşayan Ömər Karakaya küçədəki quşlara yem vermək üçün hər gün fədakarlıqla parka gedir.
Bu barədə Eskisehir Haber məlumat yayıb.
Bildirilib ki, Ekişehrin Hamamyolu küçəsində yerləşən Yedilər parkında quşlara yem vermək istəyən Ömər Karakaya bölgədə vətəndaşların diqqətini çəkir.
Məlumata görə, yaşının çox olmasına baxmayaraq özü ilə gətirdiyi çörək dolu torba ilə ətrafındakı göyərçinləri bəsləyən Ö.Karakayanın illərdir quşlara yem vermək üçün bu parka gəldiyi öyrənilib.
Heyvanlara yem vermək üçün hər gün ardıcıl olaraq evdən çıxmağı öyrənən Ömər Karakayanın nümunəvi davranışı görənlər tərəfindən təqdir edilir.